Fransa və Azərbaycanın birgə kino layihələri müzakirə edilib

Fransa və Azərbaycanın birgə kino layihələri müzakirə edilib
8 sentyabr 2023
# 17:22

Azərbaycan Kinematoqrafçılar İttifaqında Fransanın region üzrə audiovizual attaşesi cənab Florent Siqnifredi ilə geniş tərkibdə görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə Azərbaycan Fransız İnstitutunun direktoru cənab Şarl Dönie, mədəniyyət işləri üzrə attaşe Pier – Antuan Ferasən və Fransa səfirliyinin Missiya üzrə məsul şəxsi cənab Arzu Abdulxaliqov da iştirak ediblər.

Azərbaycan Kinematorafçılar İttifaqının katibi Əli İsa Cabbarov, beynəlxalq əlaqələr üzrə menecer Afaq Yusifli və kinoyazar.az saytının məsul redaktoru İlqar Quliyev Azərbaycan–Fransa kino əlaqələri barədə əhatəli müzakirələr aparılıb.

Fransada Azərbaycan kinosu günləri, Azərbaycanda Fransa kino günləri layihələri müzakirə edilib.

Azərbaycanlı kino tənqidçilərinin Avropa festivallarında təmsil edilməsi də görüşün əsas mövzularından olub.

Azərbaycan Fransız İnstitutunun direktoru cənab Şarl Dönie qəbula görə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinə minnətdarlığını bildirib, müzakirə edilən mövzuların onların fəaliyyət istiqamətinə aid olduqlarını vurğulayıb və fransız filmlərinin nümayişində xüsusilə maraqlı olduğunu qeyd edib.

Hər iki tərəf vacib platforma olaraq Animafilm Beynəlxalq Film Festivalı, DokuBaku Sənədli Film Festivalını dəstəklədiklərini bildiriblər.

# 2699 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər