Firəngiz Mütəllimovanın “Varlı qadın”la benefisi

Firəngiz Mütəllimovanın “Varlı qadın”la benefisi
3 aprel 2025
# 15:00

18-19 aprel tarixlərində Akademik Milli Dram Teatrında “Varlı qadın” tamaşasının premyerası keçiriləcək.

Kulis.az xəbər verir ki, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri Xalq artisti Firəngiz Mütəllimovanın yubileyi münasibəti ilə keçiriləcək benefis tamaşadır.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Orxan Murtuzov, rejissor assistenti Xanımbacı Həsənovadır.

Qeyd edək ki, tamaşada Xalq artistləri Firəngiz Mütəllimova (Həvva), Sabir Məmmədov (Sarı), aktyor Elçin Nurəliyev (Qara), əməkdar artistlər Elşən Cəbrayılov (Vəkil), Rövşən Kərimduxt (Əlvan), aktyorlar Natiq Fərzəliyev (Pəhləvan), Ramin Şıxəliyev (Dilənçi), Rada Nəsibova (Şadxəbər), Məhsəti Tahirzadə (Bədxəbər), Firuzə Balayeva (Fotoqraf), Afət Məmmədova (VAAQ müdiri), Vüsal Mustafayev və Tural İbrahimov (Cangüdənlər) çıxış edəcək.

# 2372 dəfə oxunub

Oxşar xəbərlər

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

13:48 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər