"Fiqaronun toyu" tamaşasının məşqləri davam edir

"Fiqaronun toyu"  tamaşasının məşqləri davam edir
9 aprel 2024
# 14:00

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin – “Fiqaronun toyu” tamaşasının məşqləri davam edir.

Teatrdan Kulis.az-a verilən məlumata görə, fransız dramaturqu Pyer Bomarşenin 1784-cü ildə yazdığı eyniadlı pyes əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Motsartın eyniadlı operasının musiqilərindən istifadə olunan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Tamaşada Əməkdar artistlər Kəmalə Müzəffər, İlham Əsədov, Rasim Cəfər, Sevinc Rzayeva, Elnur Hüseynov, aktyorlar Manaf Dadaşov, Sənan Kazımov, Bəhram Həsənov, Zülfiyyə Alhüseynova, Günel Məmmədova, Aydan Həsənzadə, Təhminə Məmmədova və başqaları iştirak edirlər.

Dövrün aristokrasiyasını lağa qoyan əsər əyləncəli, dinamik səhnələri, sevgi intriqaları ilə zəngindir. Qulluqçu Fiqaro evin xadiməsi Süzanna ilə evlənməyə hazırlaşır, lakin onlar üçün ilk baxışdan xeyirxahlıq edən ev sahibi qraf Almavivanın Süzannaya gözü düşüb və elə zifaf gecəsində onu ələ keçirməyə həvəslidir. Varlı və zəhmətkeş təbəqənin qarşıdurması ilə başlanan tamaşada hadisələr müxtəlif formalarla cərəyan edir.

Tamaşanın premyerasının may ayında olacağı planlaşdırılır.

# 2993 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər