Fətəli xan Xoyski haqqında elektron məlumat bazası yaradıldı

Fətəli xan Xoyski haqqında elektron məlumat bazası yaradıldı
25 noyabr 2025
# 13:21

Respublika Gənclər Kitabxanasında görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb.

Kulis.az xəbər verir ki, “İstiqlaliyyət fədaisi Fətəli xan Xoyski - 150” adlı elektron məlumat bazasında görkəmli şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edilir.

Elektron bazanın “Rəsmi sənədlər” bölməsində Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamının tam mətni təqdim edilib. Həmçinin bazada filologiya elmləri doktoru professor Asif Rüstəmlinin “Dövlətçiliyimizin və demokratiyamızın ilk müəllimi” adlı məqaləsinin tam mətni, “Fətəli xan Xoyskinin Cümhuriyyət dönəmində ictimai-siyasi fəaliyyəti”, “Azərbaycan Xalq Cümhuriyyəti – 100. Fətəli Xan Xoyski” başlıqları altında görkəmli ictimai xadimin çətin, keşməkeşli, lakin şərəfli, mübarizələrlə zəngin ömür yolu, ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.

Elektron bazada Fətəli xan Xoyskiyə həsr edilən kitab və məqalələrin siyahısı, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumat, “Virtual sərgi”, ”Foto və videoqalereya” kimi bölmələr də yer alıb.

Baza ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.

# 1243 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər