“Fətəli xan Xoyski – 150” adlı kitab sərgisi təqdim olundu

“Fətəli xan Xoyski – 150”  adlı kitab sərgisi təqdim olundu
25 noyabr 2025
# 17:13

“Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-cil il tarixli Sərəncamına əsasən, Milli Kitabxanada “Fətəli xan Xoyski – 150” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu, xarici siyasəti, ordu quruculuğu və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti üzrə sənədlər toplusu, Fətəli xan Xoyskinin həyat və fəaliyyəti, Cümhuriyyətin xarici işlər naziri və Nazirlər Şurasının sədri kimi apardığı diplomatik danışıqlar, parlamentdəki çıxışları və dövlət quruculuğu sahəsindəki təşəbbüsləri və s. mövzularda ədəbiyyatlar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutub, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olub.

# 1037 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər