“Eurovision”nun qalibi: "Musiqi müharibədə silah kimidir"

“Eurovision”nun qalibi:  "Musiqi müharibədə silah kimidir"
27 sentyabr 2023
# 16:20

Ukraynalı müğənni və bəstəkar, 2004-cü il “Eurovision” müsabiqəsinin çempionu Ruslana Ukrayna sənətçilərinin ölkəsinin Rusiya ilə müharibəsində möhkəm dayandıqlarını və musiqinin müharibədə “silah” kimi olduğunu bildirib.

Kulis.az xəbər verir ki, Ruslana türk xalqına və Qara dənizdəki qardaş ölkələrinə dəstəyə görə təşəkkür edib.

Ukraynalıların əhval-ruhiyyəsini yüksəltmək məqsədi daşıyan yeni mahnısının və klipinin təqdimatını paylaşan Ruslana deyib: "Ukrayna xalqı hazırda simfonik orkestrə bənzəyir. Onlar yalnız dirijordan göstəriş gözləyirlər və bu dirijor onların ürəyidir. Musiqi müharibədə silaha çevrilib. Konsertlər təhlükəsizlik baxımından qadağan edilsə də, humanitar səbəblərdən təşkil olunan bəzi konsertlərdə iştirak etmişəm",- deyən Ruslana bu konsertlərdən birinin metronun yeraltı stansiyasında keçirildiyini qeyd edib.

Sənətçi olaraq dünyaya güclü mesaj verməli olduqlarını, yeni mahnısı və klipi ilə “ürəyinizi bağlamayın” demək istədiyini bildirən Ruslana - Mənim üçün əsl önəmli olan azadlıqdır- deyib

Ruslana Ukraynanın mübarizəsini Türkiyənin Qurtuluş Savaşı ilə müqayisə edərək, 100 il əvvəl türk xalqı qələbə qazandığı kimi, Ukraynanın da bu müharibədə qalib gəlmək istədiyini bildirib.

# 2368 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər