Etibar Əliyev: "Tərbiyəm imkan vermir ki, sizə ayıb olsun deyim"

Etibar Əliyev:  "Tərbiyəm imkan vermir ki, sizə ayıb olsun deyim"
11 aprel 2025
# 18:23

"Nobel mükafatçıları tədqiqatlarımı da oğurlayıb tədbir keçirdiniz. Tərbiyəm imkan vermir ki, sizə ayıb olsun deyim!"

Kulis.az xəbər verir ki, bu sözləri sabiq deputat, təhsil eksperti Etibar Əliyev öz feysbuk hesabında yazıb.

Sabiq deputatın sözlərinə görə, onun Nobel mükafatçıları haqqında tədqiqatlarını da oğurlayıb tədbir keçiriblər:

"AMEA-nın Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının Elm Gününə həsr edilmiş tədbiri keçirilib. Tədbir çərçivəsində, o cümlədən akademik İsa Həbibbəyli tərəfindən əldə etdikləri elmi nailiyyətlərə və elmin populyarlaşdırılmasına verdikləri töhfələrə görə bir sıra alim, mütəxəssis və jurnalistlərə AMEA-nın Fəxri Fərmanı, AMEA-nın Fəxri diplomu, “İlin gənc alimi” diplomu və Təşəkkürnamələr təqdim edilib.

YOLDAŞ HƏBİBBƏYLİ!

Təvazökarlıqdan uzaq, Azərbaycanda elmin populyarlaşdırılması ideyasının müəllifi mənəm. Bu istiqamətdə 500-dən çox məqalə və 200-ə yaxın kitabın təqdimatını aparmışam. Xüsusi kitabxana qurmuşam. Bu işə baş qoşmayın, sizlik deyil...Bu ideyanı da basdıracaqsınız. Nobel mükafatçıları tədqiqatlarımı da oğurlayıb tədbir keçirdiniz. Tərbiyəm imkan vermir ki, sizə ayıb olsun deyim! Bəlkə, bilmirsən, UNEC-də ictimai əsaslarla yaradılmış "Elmin populyarlaşdırılması" Mərkəzinin direktoru kimdir? Elm və təhsil naziri E. Əmrullayev sizləri haqlı olaraq plagiatlıqda və ideya oğurluğunda qınayır".

# 2979 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər