Estoniyada Azərbaycan musiqiçilərinin konserti keçiriləcək

Estoniyada Azərbaycan musiqiçilərinin konserti keçiriləcək
15 may 2019
# 14:03

Mayın 16-da Tallinndəki Estoniya Teatr və Musiqi Akademiyasında azərbaycanlı musiqiçilərin konserti keçiriləcək.

Kulis.az xəbər verir ki, “Mədəni əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin “Estoniyada konsertlərin təşkili və Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində keçiriləcək konsertdə Xalq artisti, pianoçu Yeganə Axundova, skripkaçı Ümidə Abbasova, tarzən Atabəy İsmayılov, bəstəkar və pianoçu İlahə İsrafilova və pianoçu Fəqan Həsənli iştirak edəcəklər. Konsertdə Azərbaycan və Estoniya bəstəkarlarının əsərləri səsləndiriləcək.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün ilk qrant müsabiqəsini qazanıb. Məqsəd Azərbaycan musiqisini beynəlxalq aləmdə təbliğ etmək, ölkənin gənc istedadlarını tanıtmaqdır.

# 1422 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər