Erdal Beşikçioğlu həbs edildi

Erdal Beşikçioğlu həbs edildi
4 avqust 2026
# 10:00

Ankarada Etimesqut Bələdiyyəsində keçirilən korrupsiya əməliyyatı çərçivəsində saxlanılan bələdiyyə sədri, aktyot Erdal Beşikçioğlu həbs edilib.

Kulis.az xəbər verir ki, məhkəmə qarşısına çıxarılan 44 şübhəlidən 40-ı həbs olunub.

Erdal da barəsində həbs qərarı çıxarılanlar arasında yer alıb. Qalan 4 şübhəli isə məhkəmə nəzarətinə götürülüb.

Beşikçioğlu ifadəsində irəli sürülən rüşvət, tender saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarını rədd edib. O bildirib ki, bələdiyyə tenderlərində səlahiyyəti olmayıb və Sayıştay hesabatlarında qeyd olunan pozuntular onun tapşırığı ilə aparılan daxili audit zamanı üzə çıxarılıb.

Aktyor həmçinin "Behzat Ç." serialının çəkilişlərində bələdiyyə imkanlarından istifadə olunması ilə bağlı iddialara cavab verib. O, bildirib ki, prodüser şirkətin bələdiyyəyə ödəniş edib. Sədr əlavə edib ki, çəkilişlər Etimesgutun tanıdılmasına xidmət edib və bələdiyyəyə heç bir maddi zərər vurulmayıb.

Hazırda istintaq davam edir.

# 1061 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər