Əməkdar artist: "Elə bilirlər, gəlib yanımda bir az hazırlaşıb gedib toylardan pul qazanacaqlar"

Əməkdar artist: "Elə bilirlər, gəlib yanımda bir az hazırlaşıb gedib toylardan pul qazanacaqlar"
19 may 2026
# 16:11

"Müəllim kimi məvacib yüksək olsa, xanəndə toylara gedəndə daha seçici olar. Toy əgər əziyyətlidirsə, özünü oraya hədər etməyə dəyməz".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Babək Niftəliyev Lent.az-a müsahibəsində deyib.

O, toyların peşəkar musiqiyə təsirindən danışıb:

"Toyda başdan-ayağa muğam oxumuruq ki. Şən musiqilər oxuyuruq, qonaqları rəqsə dəvət edirik. İndi bəy-gəlinin toya daxil olması ilə bağlı yeni bir şey üzərində işləyirəm. "İncə bellim"lə bəy-gəlini zala daxil edirəm. Bu, bizim musiqimizdir. Bunu ilk dəfə Gülyaz, Gülyanaq bacılarında gördüm. Bu yenilikdir. Əsas odur ki, yad bir musiqi səslənmir. Toylarda yad musiqinin əleyhinəyəm.İndi efirlərdə yeni bir söz çıxarıblar: "toy böyük məktəbdir". Əvvəl çadır toylarında xanəndələr olurdu. Bir-biri ilə bəhs edib daha yaxşı oxuyurdular. Bakı toylarında muğam oxuyurdun, bir də baxırdın kimsə yaxınlaşıb qulağına deyir ki, filan qəzəli düz oxumadın. Bakı kəndlərindən dünyalar qədər razıyam. Mən Bakı kəndlərində püxtələşmişəm".

Əməkdar artist efirlərdə senzuranın tətbiqinin zəruri olduğunu qeyd edib:

"Son dönəmlər efirlərimizə bəzi qadağalar qoyuldu. Bəzi dırnaqarası ifaçılar sıradan çıxdılar. Mənşəyi bilinməyən mahnılar oxuyurdular. Küçədə olan sözləri işlədirdilər. Artıq təmizlənib və bu, davam edir. Əvvəl senzura var idi. Müğənninin geyiminə və oxuduğu mahnılara uyğunluğuna baxılırdı. Senzuralar mütləq olmalıdır. Əvvəllər səsi olanlar gəlirdilər sənətə. İndi nə qədər adam pula görə gəlir. Elə bilirlər, gəlib yanımda bir az hazırlaşıb gedib toylardan pul qazanacaqlar".

# 898 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər