Elxan Qasımovun xatirə gecəsi keçiriləcək

Elxan Qasımovun xatirə gecəsi keçiriləcək
15 sentyabr 2023
# 16:30

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə sentyabrın 16-da saat 17:00-da Nizami Kino Mərkəzinin kiçik zalında tanınmış incəsənət xadimi, Əməkdar artist Elxan Qasımovun xatirə gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, kinematoqrafçıların və kinosevərlərin iştirak edəcəyi tədbirdə Elxan Qasımov haqqında video-çarx nümayiş olunacaq, sənət yoldaşları E.Qasımovun həyat və yaradıcılığı ilə bağlı fikirlərini və xatirələrini bölüşəcəklər.

Qeyd edək ki, Elxan Qasımov 1945-ci ildə Naxçıvanda anadan olub. 1962-1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq, 1973-1978-ci illərdə isə Leninqrad DTMKİ-nun Rejissorluq fakültəsində təhsil alıb.

1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan və “Əhməd haradadır?” bədii filmində sürücü Əhməd obrazı ilə tamaşaçıların sevgisini qazanan E.Qasımov “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “İnsan məskən salır”, “O qızı tapın”, “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Otel otağı” və s. bədii filmlərdə aktyor kimi yaddaqalan obrazlar yaratmış, “Köhnə bərə”, “Nizami Gəncəvi”, “Müstəqilliyin keşiyində”, “Uçurum üzərində cığır”, “Biz qayıdacağıq”, “Böyük anda sadiqik”, “Ürək yaddaşı”, “Qocalar, qocalar” və s. bədii və sənədli filmlərin rejissoru olub.

2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist”i fəxri adına layiq görülən E.Qasımov 29 may 2023-cü ildə Bakıda vəfat edib.

Tədbirə giriş sərbəstdir.

# 2572 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər