"Əlvida, Səbuhi müəllim..." - Aliyə

"Əlvida, Səbuhi müəllim..." - Aliyə
17 yanvar 2024
# 17:05

Kulis.az Aliyənin bu gün vəfat etmiş jurnalist Səbuhi Məmmədli haqqında xatirəsini təqim edir.



Qəfil Kulisin qapısı axıra kimi açılırdı. Səbuhi Məmmədli içəri bir addım atıb dayanırdı:

"Mirilərdən..." – azca pauza, hamının diqqəti ona yönəldimi, qollarını açıb, başını xəfifcə yana əyib "Mirilərdən üç Miri var, üçu də balam yeməli...".

Şuxluq yarandısa, (bəzən çox məşğul olurduq, mahnını kəsirdi, bir sitat deyirdi, ya da eləcə siqaret çəkməyə çağırırdı) dayanmaq yox idi. Mahnısız-filansız rəqsə başlayırdı. "İnsanə, dur sən canın, sən də..."

Filmlərdən sitat deməyi də sevirdi: "Gəəl, qoşul bizə..."
Söhbəti tutanlarla əla olurdu bu ünsiyyət. Ayxan da xırda-xırda rəqs edirdi, Miri də, Mən İnsanə də. Şərif redaktor kürsüsündən qalxmadan gülə-gülə bizi izləyirdi. Yəqin APA-nın kameralarından da gülməli görünürdük.

Səbuhi müəllim məclisi qızışdırmaq üçün qəfil cibindən şax əlliliklər, yüzlüklər çıxarıb atırdı başımıza.

İşdən, rejimdən, öhdəliklərdən də o yanda həyat var – yadımıza düşürdü. Axırda yerdən pulları yığırdıq, qaytarıb qoyurdu cibinə: "Mənim deyil e, a kişi, reportaja getməliyəm, yolpuludur..."
Ayxan bir- iki yüzlüyü zarafatla gizləyirdi, sonra birtəhər cibindən, qoynundan çıxarıb geri verirdi. Səbuhi müəllim ona iyirmilik peşkəş edirdi, deyəsən, pulları alandan sonra. Sevincdən, şuxluqdan sonra tam yoxsullaşmayaq deyə...

Kinodan gətirdiyi, yerinə dəqiqliklə düşən sitatları necə rəng qatırdı bu boz həyata.

Bir dəfə Nəsimi Nəbizadəni, deyəsən, linç edirdilər, ya nə idi, tam dəqiq xatırlamıram, feysbukdan getmişdi.
Onda "Yuxu" filmindən sitat yazmışdı Səbuhi: "Əlabbas, çıx daay, atam canı getdilər..."

Xəstələnəndən sonra gedib onu yoluxmaq fikrimi hər dəfə bir bəhanə ilə qovurdum. İstəyirdim, yadımda eləcə şux qalsın. Birdən də deyirdim, gedim dəyim, məni görsə sevinər, sonra da ertələyirdim. Mən "insanə" deyilmişəm o qədər də...

Əlvida, Səbuhi müəllim. Dünya bir az da bozardı. O gözəl günlər bir də qayıtmayacaq...

# 3207 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər