Elton Con görmə qabiliyyətini itirir: “Mənim üçün həqiqətən çətindir”

Elton Con görmə qabiliyyətini itirir: “Mənim üçün həqiqətən çətindir”
28 noyabr 2025
# 14:00

Böyük Britaniyalı müğənni Elton Con "Variety" jurnalına verdiyi müsahibədə son bir ildən çox müddət ərzində sağ gözünü tamamilə itirdiyini, sol gözünün isə çox zəif işlədiyini etiraf edib.

Kulis.az məlumatına görə, Con bildirib ki, o, demək olar, oxuya, video izləyə və vizual məlumatları qəbul edə bilmir, lakin musiqiçi ümidini itirmir.

«Mən inanılmaz bir həyat yaşamışam və ümidim var. Sadəcə səbirli olmalıyam: bir gün elmi tərəqqi mənə kömək edəcək. Gülmək və dözüm göstərmək məcburiyyətindəyəm. Bəzən həqiqətən çətindir. Amma ümumilikdə mənim möhtəşəm ailəm, iki əla övladım var. Con həmçinin açıqlayıb ki, görmə problemləri səbəbindən ünsiyyətin alternativ yolunu tapıb – iPad vasitəsilə söhbət etdiyi şəxsləri yaxından görə bilir.

Qeyd edək ki, Elton Con 50 illik karyerası ərzində 300 milyondan çox albom satıb. Onun 52 singlı Britaniya "top 40"na düşüb, ABŞ-da isə 23 singlı "top-40" da olub, onlardan 16-sı onluğa, 6-sı isə birinciliyə yüksəlib.

Ən məşhurlarından biri 1997-ci il «Candle in the Wind» singlı olub və 37 milyon nüsxə satılıb.

# 1063 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər