Eldar Cahangirbəyov “Azərbaycan şairləri İranə Qasımova ilə” layihəsinin qəhrəmanı oldu

Eldar Cahangirbəyov “Azərbaycan şairləri İranə Qasımova ilə”  layihəsinin qəhrəmanı oldu
25 fevral 2026
# 18:20

“Azərbaycan şairləri İranə Qasımova ilə” layihəsinin dördüncü ədəbi gecəsi keçirilib. Gecənin qəhrəmanı şair Eldar Cahangirbəyov olub.

Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü İranə Qasımova layihəyə 2024-cü ilin iyunundan başlayıb və hər tədbir bir müasir Azərbaycan şairinin yaradıcılığına həsr olunur. Eldar Cahangirbəyov istedadlı gənc şair, poeziya gecələrinin təşkilatçısı, “İranə Qasımova ilə Poetry battle” layihəsinin dəfələrlə qalibidir.

Tədbirin əvvəlində memar, rəssam və art-layihələrin kuratoru Nurziya Xəlilova şairlə müsahibə aparıb. Daha sonra Eldar Cahangirbəyov öz əsərlərini tamaşaçılar qarşısında səsləndirib. Axşamın qəhrəmanının şeirlərini digər şair və qiraətçilər – Səidə Sübhi, İlmira Odinayeva, Leyla Qurbanova, Aleks Cahangirbəyov da səsləndiriblər.

İranə Qasımova bir neçə şeir toplusunun müəllifi, “Qızıl qələm” mükafatının laureatı, rejissor, ssenarist, “İranə Qasımova ilə Açıq Poeziya Mikrofonu”, “İranə Qasımova ilə Poetry Battle”, “İranə Qasımova ilə poeziya klassikası” kimi məşhur layihələrinin müəllifidir. O, Bakı ilə yanaşı, İstanbul, Moskva, Sankt-Peterburq və Tbilisidə solo poeziya gecələri keçirib.

# 1216 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər