"Əbədi məşəl" adlı konsert təşkil olundu

"Əbədi məşəl"  adlı konsert təşkil olundu
3 may 2024
# 10:10

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də Heydər Əliyev Sarayında “Əbədi məşəl” adlı konsert keçirilib.

Kulis.az xəbər verir ki, konsertdə ifaçılar əvvəlcə dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletindən Vals və Adogionu səsləndiriblər. Sonra Əməkdar artist Fərqanə Qasımova Vüqar Camalzadənin Məhəmməd Füzulinin qəzəlinə həsr etdiyi “Eşitməzdim” əsərini ifa edib.

Konsertdə Xalq artistləri Teyyub Aslanov, Yusif Eyvazov, Elçin Həşimov, Əməkdar artistlər Əliağa Sədiyev, Toğrul Əsədullayev, Şirzad Fətəliyev, Kamran Kərimov, Afaq Abbasovanın möhtəşəm ifaları Forumun qonaqlarını valeh edib.

Milli musiqi aləti tarın ecazkar səsinin müşayiəti ilə təqdim olunan rəqslərin ahəngi maraqlı kompozisiya yaradıb.

Tədbirdə, həmçinin Fikrət Əmirovun "Gülüstan Bayatı-Şiraz" simfonik muğamından fraqment, "1001 gecə" baletindən Şəhriyar və Şəhrizadın dueti, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından qızların rəqsi, "İldırımlı yollarla" baletindən "Ümumi rəqs", Firəngiz Əlizadənin "İntizar" operasından final səhnəsi təqdim olunub.

# 3415 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər