Dünyanın ilk qızıl pulu - 2500 illik tarix

Dünyanın ilk qızıl pulu - 2500 illik tarix
28 fevral 2025
# 11:53

Dünya tarixində ilk qızıl pul, təxminən, 2500 il əvvəl Lidiya kralı Krez tərəfindən zərb edilib.

Kulis.az-ın məlumatına görə, təmiz qızıl və saf gümüşdən istehsal edilən “Krez Stater” 10,7 qram ağırlığındadır.

Eramızdan əvvəl 560-546-cı illərdə Lidiyanı idarə edən Krezin böyük sərvəti var idi. Bu sərvət bugünkü Qərbi Egey dənizinə axan Sart çayında (Paktolos) faydalı qazıntı yataqlarının aşkarlanması nəticəsində əldə edilib. Ticarət və diplomatik əlaqələrini gücləndirən Krez Misir, Yunanıstan və Babillə iqtisadi əlaqələr qurub.

Krezdən əvvəl atası Alyattes ilk pulları e.ə. 650-ci ildə istehsal edib. Bu pullar təbii qızıl-gümüş ərintisindən istifadə edilərək hazırlanıb. Elektrolitdə qızıl və gümüşün nisbəti dəyişdiyi üçün pulların dəyəri də qeyri-müəyyən idi.

Krez tərəfindən hazırlanmış pul qısa müddətdə bütün dünyaya yayılıb və bir çox dövlət tərəfindən qəbul edilib. Krez e.ə. 546-cı ildə Sardisdə farslar tərəfindən mühasirəyə alınaraq taxtdan endirilib. Buna baxmayaraq, onun adı “Krez kimi varlı” ifadəsi ilə günümüzə qədər gəlib çatıb.


# 3093 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər