“O fotonu silmək fikrimiz yoxdur” – Müşfiq Abbasov etiraz yaradan paylaşımdan danışdı 

“O fotonu silmək fikrimiz yoxdur” – Müşfiq Abbasov etiraz yaradan paylaşımdan danışdı 
3 noyabr 2020
# 11:46

“Biz o paylaşımda heç bir problem görmürük. Birincisi, o paylaşım zarafatdır, ikincisi də orada bizim əsgərlərimzə aid heç nə yoxdur.”

Bu sözləri Kulis.aza açıqlamasında “Bu şəhərdə” prodakşnın rəhbəri Müşfiq Abbasov onlara aid Facebook səhifəsindəki “Anna Akopyanın dəstəsi Qarabağdan qayıdır” adlı paylaşımın yaratdığı etirazlara münasibət olaraq bildirib. O, daha sonra əlavə edib:

“Hərənin öz fikri, fantaziyası var, hər kəs də o şəkli bir cür yoza bilər. Orda yaxşı şərh yazanlar da var. Şəkli səhifəmizdən silməmişik, silmək fikrimiz də yoxdur. Kim bu mövzunu əsgərlərimizə bağlayırsa, onlara qarşı olduğunu düşünürsə, çox böyük səhv edir. O şəklin başqa mənası da var, kişilər onu çox gözəl başa düşür. Orada neqativ şərh yazan qadınlardı, heç bir kişi neqativ şərh yazmayıb. Siz beş, on əsgərə o şəkli göstərib onlardan xəbər alın görün bu onlar üçün təhqirdi, yoxsa, yox. Onlar desələr ki, bu paylaşımı özləri üçün təhqir hesab edirlər, onda mən o şəkli silməyə hazıram. Çox yaxşı olar ki, ermənilər bu paylaşımı görsünlər və düşünsünlər ki, Paşinyanın arvadı Qarabağa gəlsə, nə ola bilər. Azərbaycanlılar onu elə gülə-gülə yola salacaqlar.”

# 13399 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər