“CHARACTERS 2026” pyes müsabiqəsi qısa siyahını açıqlandı

“CHARACTERS 2026”  pyes müsabiqəsi qısa siyahını açıqlandı
5 mart 2026
# 18:20

“CHARACTERS” müasir dramaturgiya hərəkatı Avropanın “EURODRAM” dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayıb.

Kulis.az xəbər verir ki. pyeslərin qəbulu 2025-ci il noyabrın 1-dən 2026-cı il fevralın 15-dək davam edib.

Müsabiqəyə 17 müəllifdən 27 pyes qəbul olunub. Daha 3 pyes müsabiqə şərtlərinə uyğun olmadığı üçün qəbul edilməyib. Müsabiqənin coğrafiyası 3 ölkəni və 7 şəhəri əhatə edib. Bakı və Gəncədən tutmuş London və Madridədək. Müəllifləri düşündürən mövzular arasında 44 günlük Vətən müharibəsi, süni intellekt, qaçış və evə qayıdış, nəsillərarası münaqişə, insan təbiətinin ikiliyi, yaddaş və unudulmuş xatirələr kimi mövzular diqqəti cəlb edir.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, sənətşünaslıq doktoru, dosent Elçin Cəfərov, YUĞ Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov, Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayev, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, teatrşünas Aliyə Dadaşovadan ibarət münsiflər heyəti pyeslərlə tanış olub və qısa siyahını müəyyənləşdirib.

“CHARACTERS 2026” dramaturgiya müsabiqəsinin qısa siyahısına 7 pyes daxil edilib (müəlliflər əlifba sırası ilə göstərilib):

Abdulla Elşadlı “Çivinlər”,

Abdulla Elşadlı “_”

Şəbnəm Xeyrulla “Saat piri”

Jalə İsmayıl “Kasablanka sakinləri”

Jalə İsmayıl “Qladiator döyüşü”

Jalə İsmayıl “Quyuda bitən qamışın monoloqu”

Hacı Səfərov “Eyay”.

Qeyd edək ki, üç qalibin adı 10 Mart - Milli Teatr Günündə elan olunacaq.

# 1509 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər