Cem Yılmaz qadınların hədəfində: Bu zarafatı qalmaqala səbəb oldu

Cem Yılmaz qadınların hədəfində: Bu zarafatı qalmaqala səbəb oldu
5 yanvar 2026
# 14:10

Məşhur komediya ustası Cem Yılmazın “CMXXIV” adlı stənd ap şousu 31 dekabr 2025-ci il axşamı rəqəmsal platformada yayımlandı. Tamaşaçılar tərəfindən maraqla qarşılanan proqramda səslənən bəzi zarafatlar isə sosial mediada ciddi müzakirələrə səbəb oldu.

Kulis.az xəbər verir ki, şousunun bir hissəsində şəxsi həyatından danışan Cem Yılmaz uzun müddətdir qadınlarla münasibət yaşamadığını deyib:

“Uzun zamandır qadınlarla vaxt keçirmirəm. Düşmən deyiləm, amma həqiqətən çox çətindir. O münasibəti necə aparırsınız, çox maraqlıdır. Bu yaşdan sonra mən çox problem yaşayıram.”

Bundan sonra səsləndirdiyi “38 yaşında biri ilə görüşəndə ‘tapdı cavanın’ deyirlər. 38… ölmək üzrə” ifadəsi sosial şəbəkələrdə reaksiyalara yol açıb. Bir çox qadın istifadəçi bu zarafatı alçaldıcı hesab edərək aktyoru tənqid edib.

Bununla yanaşı, Cem Yılmazın şousunu bəyənən və deyilənlərin sırf yumor olduğunu vurğulayanlar da az olmadı.

Müzakirələrə məşhur müğənni İrem Derici də qoşulub. Sosial media hesabında paylaşım edən Derici Cem Yılmazı müdafiə edib:

“38 yaşındayam və formadayam. Heç vaxt olmadığım qədər enerjiliyəm və həyatdan nə istədiyimi bilirəm. Baxdım və mənə mənfi təsir etmədi, çünki bu yumordur. Buna ilişdiniz? Gedin Rii Corviz, Deyv Şapel, Kevin Hart izləyin. Cem Yılmazın tayı-bərabəri yoxdur, xəbəriniz olsun.”

# 1096 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər