Castin Timberleyk kəskin tənqidə məruz qaldı

Castin Timberleyk kəskin tənqidə məruz qaldı
24 iyul 2025
# 12:20

Amerikalı müğənni və aktyor Castin Timberleyk konsert zamanı tamaşaçılardan həddindən artıq oxumağı istədiyi üçün sosial mediada tənqid olunub.

Kulis.az xəbər verir ki, ifa zamanı Timberleykin bəzi mahnılarını mikrofonu tamaşaçılara uzadaraq onların oxumasına şərait yaratması bəzi fanatların narazılığına səbəb olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə sənətçinin dəfələrlə mahnının sözlərini özü əvəzinə tamaşaçılara oxutdurduğu müşahidə olunur. Bu hal bəzi izləyicilər tərəfindən “tənbəllik” və “peşəkarlıqdan uzaq davranış” kimi dəyərləndirilib.

Konsertin iştirakçılarından biri isə çəkdiyi videonu “Dostum bir gün səhnədə istirahət etdi” başlığı ilə sosial mediada paylaşıb.

Bununla yanaşı, bəzi pərəstişkarlar Timberleyki müdafiə edərək, tamaşaçılarla bu cür interaktiv münasibətin canlı ifaların təbii və vacib elementi olduğunu bildiriblər.

Qeyd edək ki, Timberleyk Rumıniyada keçirilən "Electric Castle" festivalında səhnəyə çıxıb.

# 1811 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər