Cahangir Zeynallının yaradıcılıq gecəsi keçirildi

Cahangir Zeynallının yaradıcılıq gecəsi keçirildi
20 dekabr 2024
# 18:40

Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Əməkdar incəsənət xadimi, kinorejissor Cahangir Zeynallının 75 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.

Yubiley mərasimində Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev rejissorun yaradıcılığı haqqında ətraflı məlumat verib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əməkdar incəsənət xadimi Baba Vəziroğlu sənətkarı İttifaq adından təbrik edərək ona xatirə hədiyyəsi verib.

Xalq artisti Əbdül Mahmudov, Əməkdar incəsənət xadimləri Aydın Kazımzadə və Rafiq Qəmbərov çıxış edərək yubilyar haqqında ürək sözlərini bölüşüblər.

Tədbirdə Cahangir Zeynallının yaradıcılığından fraqmentlər nümayiş olunub.

Sonda Cahangir Zeynallı tədbirin təşkilatçılarına və tamaşaçılarına təşəkkürünü bildirib.

# 2570 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər