Bütün "xalalar" Veneradan gəlib, bütün fahişələr yadellidir - Cəlil Cavanşir

Bütün "xalalar" Veneradan gəlib, bütün fahişələr yadellidir - Cəlil Cavanşir
7 aprel 2025
# 18:20

"Ölkəmizin bütün bölgələri əxlaqlı, bütün vətəndaşları namuslu, bütün kəndlərimiz Məkkə, Qüds kimi tərtəmizdir".

Kulis.az xəbər verir ki, bu sözləri Cəlil Cavanşir sosial şəbəkə hesabında paylaşıb.

"Məncə, bundan sonra yazıçılar və senaristlər əsərlərindəki yer adlarını "X" kəndi, "Y" rayonu, "Z" şəhəri adlandırsınlar. Rejissorlar da filmlərini zəhmət olmasa başqa ölkədə, başqa planetdə çəksinlər. Gəlin vətənimizi bölgələrə bölməyək, bütöv Azərbaycanı parçalamayaq, ölkəmizin adını dünyada bədnam etməyək. Dəqiq bilmək istəyirsinizsə, bütün "xalalar" Veneradan gəlib, bütün fahişələr yadellidir, bütün eskortlar isə yadplanetlidir. Ölkəmizin bütün bölgələri əxlaqlı, bütün vətəndaşları namuslu, bütün kəndlərimiz Məkkə, Qüds kimi tərtəmizdir. Sənət adamları zəhmət çəkib zəhmətkeş pambıqçıların, başıörpəkli tütünçülərin, ağ xalatlı sağıcıların, qəhrəman anaların, vətənpərvər bacıların obrazını yaratsın. Fahişə, "xala", eskort obrazı yaradanlar da bu obrazları başqa ölkədən, başqa planetdən seçsin. Bütün dünya bilir ki, bizdə belə ünsürlər yoxdur. Xalqına böhtan atan sənətkatlar isə sərt şəkildə linç edilsin, sonra isə hansı kəndin adını çəkibsə, o kəndin mərkəzi meydanında daşqalaq edilib, tonqalda yandırılsın”.

# 3508 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər