Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür
30 aprel 2024
# 13:30

Hər il aprelin 30-da dünya ictimaiyyəti bəşəriyyətin ən qədim incəsənət növlərindən biri olan heykəltaraşlıq ilə bağlı əlamətdar günü - Beynəlxalq Heykəltaraşlıq Gününü qeyd edir.

Kulis.az xəbər verir ki, bu bayram Beynəlxalq Heykəltaraşlıq Mərkəzi tərəfindən 2015-ci ildə təsis edilib.

Bayramın məqsədi heykəltaraşlığı bir sənət növü kimi populyarlaşdırmaq və insanlara məşhur heykəltəraşların yaratdıqları şedevrlər haqqında geniş məlumatlar təqdim etməkdir.

Azərbaycan da bəşər mədəniyyətinə görkəmli heykəltaraşlar bəxş edib. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltaraşlıq əsərləri yaradılıb. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropada təhsil almış peşəkar heykəltaraşlar, sənətşünaslar tərəfindən hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də hələlik adları məlum olmayan heykəltaraşlar fəaliyyət göstəriblər. Məsələn, Dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltaraş Zeynal Əlizadənin fəal iştirakı olub. Azərbaycanda müasir peşəkar heykəltaraşlığının təşəkkülü prosesində Bakıda bir sıra monumental abidələr qoyulub, milli heykəltaraşlıq kadrları yetişib. 1920–1930-cu illərdə ilk azərbaycanlı heykəltaraşlar İbrahim Quliyev, Yelizaveta Tripolskaya və başqalarının iştirakı ilə Bakıda heykəllər qoyulmağa başladı. Hazırda akademik Ömər Eldarovun rektoru olduğu Azərbaycan Rəssamlıq Akademiyasında istedadlı heykəltaraşlar yetişdirilir.

Azərbaycanın professional heykəltaraşlığının inkişafı 1930-1940-cı illərdə daha da sürətlənib. Cəlal Qaryağdı, Fuad Əbdürəhmanov, Mirəli Mirqasımov, Tokay Məmmədov, Ömər Eldarov kimi görkəmli sənətkarların yaratdıqları əsərlər paytaxt Bakı və ölkəmizin digər şəhərlərini bəzəyir.

Qeyd edək ki, müasir dövrdə Azərbaycan heykəltaraşlığı XX əsrin ənənlələrindən bəhrələnərək yeni formalar axtarışındadır.

# 2299 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər