Bizə ziyalı Xoşqədəmin verilişində oturmaq üçün lazımdır - Ağarza Elçinoğlu

Bizə ziyalı Xoşqədəmin verilişində oturmaq üçün lazımdır - Ağarza Elçinoğlu
2 iyul 2024
# 15:40

Kulis.az Ağarza Elçinoğlunun yeni yazısını təqdim edir.

Qiymətlər qalxandan sonra, üzr istəyirəm, tariflərdə dəyişiklik edildikdən sonra, alim, müəllim və bir sıra quru maaşa işləyənlər sosial şəbəkələrdə etiraza qalxıblar. Ona görə yox ki, benzinin qiyməti "dəyişdirilib" və onlar artıq maşınlarına benzini bir az da baha qiymətə vuracaqlar. Ona görə ki, onların istifadə etdiyi ictimai nəqliyyatın da qiyməti qalxıb...

Bir ziyalı da çıxıb demir ki, bu qədər artımın qarşılığında, xalqın sosial rihahı da qaldırılmalıdır. Hamısı girib qınına, sakitcə prosesləri izləyirlər. Bəs ziyalı xalqın güzgüsü idi? Görünür, bizə ziyalı təkcə Xoşqədəmin, Zaurun verilişlərində oturmaq üçün lazımdır.

Yazıçı Kəramət Böyükçöl demiş:

– Ölkədə sabitlikdir, metro partlamır, avtobus partlamır, Azərbaycanda bircə adamın ürəyi partlayır.

Bu qədər əzaba dözmək olmur axı...

Bu problemlərdən isə ən çox ölkə gəncliyi əziyyət çəkir. Sosial məsələlərə görə kimi xəyalındakı evlilikdən, kimi evdən, kimi də maşın istəyindən uzaqlaşır. Artıq bu qara gündən qurtulmaq üçün "yaşıl kart" alıb ağ günə çıxmaq istəyənlərin sayı durmadan artır. İmkanı olan ölkədən gedir, imkanı olmayan da 63 yaşına çatmış Sufi kimi ölümünü gözləyir. Amma çox nahaq, çünki, burda insan ucuz, ölümlər bahadır.

"Qəm Pəncərəsi" filmində deyildiyi kimi:

– Qadan alım, bizim kənddə heç yerli-dibli uşaq olmayıb.

Bu gedişlə, ölkəmiz qocalar evinə bənzəyəcək. Onlar da ölməyib qalsa. Qadınlar üçün pensiya yaşı 64-ə qaldırıldı, kişilər üçün 65 olaraq qalır. Bizdə 160 yaşlı Şirəli babalar indi yoxdur axı. Ölüm xeyli cavanlaşıb...

Sanki, bəziləri bilərəkdən gənclərin Vətəni tərk etməsini istəyir. Məcbur edirlər ki, "Mirzə Səfər, papağını da götür, get burdan!" Yəni burda bir dəqiqə belə qalma. Fəqət, bizim cavabımız Mirzə Səfərin "naçalnik"ə verdiyi cavab kimi olmayacaq!

Cahan geniş olsa da, bu Vətən bizə Babəkdən, Nadir şahdan, Şah İsmayıldan, Məhəmməd Əmin Rəsulzadədən miras qalıb!

Biz nə Yalıncıqlar gördük, necə Şiraz qonaqlıqlarına qatıldıq, Boraltanda qardaş xəyanətinə uğradıq, repressiyalarla üzləşdik, işğal olunduq, amma tarixin bütün oyunlarından alnıaçıq və üzüağ çıxdıq! Bir Türkü əzməyə çalışmaq çox yanlış və düşünülməmiş addımdır ki, bu da heç vaxt cəzasız qalmır. Gedəcək olan varsa, yüzillərdir bu torpaqlarda yaşayan biz deyilik, duz-çörəyimizə haram qatanlardır!

Odlar diyarının alovu bizi yox, sizləri yandıracaq. Necə deyərlər, öz qılıncım məni kəsməz...

# 3078 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər