“Birinci Beynəlxalq Baku Piano Festivalı” başlayır

“Birinci Beynəlxalq Baku Piano Festivalı” başlayır
19 may 2022
# 14:00

“Kontakt” mağazalar şəbəkəsinin dəstəyi ilə paytaxtımızda ilk dəfə keçiriləcək “Birinci Bakı Beynəlxalq Piano Festivalı” sabah başlayır. Mayın 27-dək davam edəcək musiqi bayramının təşkilatçısı Mədəniyyət Nazirliyi, təsisçi və direktoru isə Azərbaycanın əməkdar artisti Şahin Növrəslidir.

Kulis.az xəbər verir ki, festival çərçivəsində caz, flamenko, tanqo, muğam, klassik və digər müasir musiqi janrlarının səsləndirildiyi 15 heyrətamiz konsert keçirilməsi gözlənilir.

Azərbaycanın əməkdar artisti Şahin Növrəsli, Remi Geniet, Pablo Matias Bekerra, “Los Aurora Flamenco Group”, Vikram Ruzaxunov, Güvenç Dağüstün, Vadim Abramof da daxil olmaqla bir çox görkəmli musiqiçilər və musiqi qrupları öz ifaları ilə tamaşaçıları ecazkar harmoniyaya bürüyəcək.

Siz də füsunkar musiqi sədalarından həzz almaq üçün şəhərin kassalarına müraciət edərək bilet əldə edə bilərsiniz. Ətraflı məlumatı buradan əldə etməyiniz mümkündür. “Kontakt”ın sosial şəbəkə hesablarının izləyiciləri müsabiqələrdə iştirak edərək festivala bilet əldə edə bilər.

/apa/


# 3083 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər