Birinci ANİMAFİLM Pitçinq Müsabiqəsi elan olundu

Birinci ANİMAFİLM Pitçinq Müsabiqəsi elan olundu
14 iyul 2025
# 12:48

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində ilk dəfə sentyabrın 3-dən 7-dək ANİMAFİLM Pitçinq Müsabiqəsi təşkil olunacaq.

Kulis.az xəbər verir ki, bu barədə “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyindən məlumat verilib: "Müsabiqənin məqsədi yerli animasiya yaradıcılarını dəstəkləmək, onların ideyalarının inkişafına və beynəlxalq təqdimat imkanlarına şərait yaratmaqdır.

Müsabiqəni “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi həyata keçirir. Layihənin tərəfdaşları arasında CEE Animation, ANİMAFİLM Studiyası və Dynamic Box Studiyası yer alır. Bu əməkdaşlıq vasitəsilə təşkilatçılar yerli animatorlara daha geniş auditoriyaya çıxmaq imkanı təqdim etməyə çalışırlar.

Müsabiqədə iştirak etmək üçün təqdim olunan layihə mütləq şəkildə Azərbaycan mənşəli və ya Azərbaycanla ortaq istehsal (ko-prodakşn) olmalıdır. Layihənin ən azı 50 faizi animasiyadan ibarət olmalı, format baxımından isə qısametrajlı film, tammetrajlı film və ya serial kimi planlaşdırılmalıdır. Maraqlısı budur ki, nə animasiya texnikası, nə də mövzu üzrə hər hansı məhdudiyyət qoyulmur. Əsas şərt layihə materiallarının Azərbaycan dilində təqdim olunmasıdır".

Müraciət etmək istəyən şəxslər öz layihələrini iyulun 25-dək onlayn formada https://forms.gle/TpbL3f6wZ3GmFXDG7 linki vasitəsilə göndərə bilərlər.

Seçilmiş layihələrin siyahısı avqustun 15-də açıqlanacaq.

Qeyd edək ki, qalib layihələr xüsusi Pitçinq Münsiflər Heyəti tərəfindən müəyyən ediləcək və nəticələr 8-ci ANİMAFİLM Festivalı zamanı elan olunacaq.

# 1334 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər