Bir haykunun tarixçəsi

Bir haykunun tarixçəsi
27 iyun 2024
# 12:00

Kulis.az Qismət Rüstəmovun yeni yazısını təqdim edir.

Görkəmli yapon şair Basyö 1681-ci ildə inzivaya çəkilir; beş il sonra, 1686-ci ildə, ustadı Butço tələbəsi Qohei ilə onu ziyarətə gəlir. Görüşdə Basyönün də bəzi tələbələri iştirak edir. Basyönün bağını ilk dəfə görən Qohei belə deyir: "Bu sakit bağçada bütün bitkiləri, bütün ağaclarıyla necə də Buddanın cövhəri var!" Basyö cavab verir: "Böyük yarpaqlarda böyüklüyü, kiçik yarpaqlarda kiçikliyi ilə..."

Ustad Butço söhbətə qoşulur: "Bəs indilərdə necədir?"

Basyö deyir: "Yağış kəsib, yosunlar yaşıllaşır."

Ustad Butço soruşur: "Bəs Buddanın cövhəri yosunlar yaşıllaşmamışdan qabaq necəydi?"

Deyilənə görə, bu məqamda bir qurbağa suya tullanır və Basyö belə deyir: "Qurbağa hoppandı, suyun səsi."

Rahiblər heyrətlənir, tələbələrdən biri deyir ki, ancaq ilk misra kəmdir. Basyö deyir, nə təklif edirsiniz? Biri "Axşam düşür", bir başqası "Tənhalıqdakı", digəri "Dağ çiçəkləri" misrasını təklif edir.

Basyö deyir: "Bu misraların hərəsi vəziyyətin bir tərəfini yaxşı ifadə edir, ancaq mən belə deyəcəm:

Köhnə hovuz.

Qurbağa hoppandı.

Suyun səsi".

Bir vacib məqam daha... Basyöyə inzivaya çəkilmək üçün daxmanı hədiyyə edən tələbəsi Sanpu balıq taciri olub, bağçadakı "köhnə" hovuz əvvəllər ovlanmış balıqları diri saxlamaq üçün istifadə edilirmiş. Belə-belə işlər...

Bu üç misra haqqında cild-cild kitab var, ancaq tükənmir ki tükənmir...

# 3436 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər