Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı
18 aprel 2024
# 16:00

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə bu günün tarixi əhəmiyyətindən bəhs edən materiallar - virtual kitab sərgisi və biblioqrafik icmal hazırlanıb.

Kulis.az xəbər verir ki, materiallarda rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin tarixi və mədəniyyət abidələri haqqında söylədikləri dəyərli fikirlər, yaşı əsrləri və minillikləri əhatə edən, dünyada analoqu olmayan, ölkəmizin maddi daşınmaz sərvəti hesab edilən tarixi abidələr – Azıx mağarası, Qobustan, Qız qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar, Şəki xan sarayı, Əlincə və Girdiman qalaları haqqında geniş məlumat verilir, Şuşa şəhərinin abidələrinin nəinki Şərq, hətta dünya memarlığının ən gözəl inciləri hesab olunduğu qeyd edilir.

Virtual kitab sərgisində tarixi abidələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri tədbirlər, layihələr haqqında geniş məlumat verilir.

Materiallarda “Sehrli abidələr”, “Qərbi Azərbaycan abidələri”, “Naxçıvanın tarixi abidələri”, “Şuşanın maddi-mənəvi irsi epiqrafik abidələr əsasında”, “Lənkəran bölgəsinin tarixi-memarlıq abidələri”, “Azərbaycanın dünya əhəmiyyətli abidələri”, “Şərqin tarixi abidələri” və s. kimi 20-dən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası, dövrü mətbuat nümunələri təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda tarixi abidələr haqqında yazılı məlumatlarla yanaşı onların foto və videogörüntüləri də yer alır.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/tarixi-abidelerin-muhafizesi -gunu, https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib.

# 2023 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər