Bəstəkar Fikrət Əmirovun xatirəsi anıldı

Fikrət Əmirov, bəstəkar

Fikrət Əmirov, bəstəkar

22 noyabr 2021
# 16:00

Noyabrın 22-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 99-cu ildönümü tamam olur.

Kulis.az xəbər verir ki, bu münasibətlə tanınmış mədəniyyət xadimləri və Azərbaycan Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının əməkdaşları Fikrət Əmirovun Fəxri xiyabandakı məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Fikrət Əmirov musiqisi dünya musiqisi üçün yeni mərhələ olub. Fikrət Əmirovun “Məni bəstəkar edən Azərbaycan tarıdır” sözlərini xatırlayan nazir müavini deyib: “Bu, Fikrət Əmirovun musiqisinin mayasıdır. Bəstəkarın bütün əsərlərində azərbaycançılıq hissi duyulur. Nazirlik olaraq istəyirik ki, azərbaycançılıq dəyərlərinə sahib çıxaq və bu dəyərləri yaşatdıraq. Bu halda belə bəstəkarlarımıza da sahib çıxmalıyıq. Elə etməliyik ki, F.Əmirov məktəbi davamlı olunsun. Biz nəinki muğama, həm də onun simfonik musiqi ilə sintezini yaradan Fikrət Əmirov məktəbinə sahibik”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Qara Qarayev üçlüyünün nümayəndəsidir. Fikrət Əmirovun simfonik əsərləri dünyanın dahi dirijorların repertuarında səsləndirilib. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfoniyasının ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli qeyd edib ki, mədəniyyətə, təhsilə diqqət ayırmayan xalq irəli, inkişafa doğru addımlaya bilməz: “Çox istərdik, gələn il Fikrət Əmirovun 100 illiyi dünyanın bütün ölkələrində qeyd olunsun. Onun əsərləri bu gün də yaşayır, sevilə-sevilə dinlənilir. Bu mənada o, xoşbəxt insandır”.

Sonda Fikrət Əmirovun qızı Sevil Əmirova çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.

# 3044 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər