Bəhruz Niftəliyevin "Tanrıya məktublar"ı

Bəhruz Niftəliyevin "Tanrıya məktublar"ı
1 dekabr 2025
# 11:54

Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət Telekanalının direktor müavini, şair-publisist Bəhruz Niftəliyevin "Tanrıya məktublar" kitanının təqdimatı olub.

Kulis.az xəbər verir ki, kitabda şairin son 11 ildə yazdığı şeirləri toplanıb.

Xalq şairi Nəriman Həsənzadə kitaba yazdığı Ön sözdə müəllifi “Poetik istedad” adlandırıb, onun yaradıcılığını yüksək qiymətləndirib.

Bakı Kitab Mərkəzində keçirilən təqdimat mərasimində Milli Məclisin üzvləri, sənət və ədəbiyyat dünyasının parlaq simaları, ədiblər, şairlər, incəsənət nümayəndələri, Azərbaycan Televiziyasının əməkdaşları və digər qonaqlar iştirak edib.

Bildirilib ki, “Tanrıya məktublar” sadəcə inamın hüdudlarını deyil, həm də insanın daxili aləmini, onun ən dərin duyğu və təlatümlərini işıqlandırır. Şeirlər, insanın Tanrı ilə olan münasibətindəki bütün ziddiyyətli prosesləri, təzadlı anları əks etdirir.
Şairin yaradıcılıq mövzuları tək yönlü deyil. Kitabda həmçinin müəllifin vətən, ana, sevgi, dünyanın faniliyi və içtimai motivli şeirləri də oxuculara təqdim olunur.

Bəhruz Niftəliyev teleaparıcı , ssenarist, rejissor kimi də tamaşaçıların rəğbətini qazanan simalardandır. Onun müəllifi olduğu sənədli- bədii filmlər, və silsilə verilişlər hər zaman yüksək qiymətləndirilir.

Bəhruz Niftəliyev bir sıra yerli və beynəlxalq mükafatlara layiq görülüb. 2021-ci ildə Prezident mükafatı ilə, bu il isə TÜRKSOY-un Beynəlxalq Nəsimi medalı ilə təltif edilib.

# 1089 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər