Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək
28 avqust 2026
# 18:10

XI əsrdə İngiltərənin normanlar tərəfindən fəthini əks etdirən məşhur Bayö qobeleni (divardan asılan, üzərində müxtəlif süjetli rəsmlər, ornamentlər, mənzərələr və ya tarixi hadisələr təsvir olunan xovsuz, əllə toxunmuş bədii xalça-tablo) Britaniya Muzeyindəki sərgisinin açılışında nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, 1066-cı ildəki Hastinqs döyüşünü və İngiltərənin işğalını anladan təxminən 70 metr uzunluğundakı tarixi əsər 900 ildən sonra ilk dəfə İngiltərəyə gətirilib.

Yüksək təhlükəsizlik şəraitində qorunan və üfüqi şəkildə sərgilənəcək eksponat 10 sentyabr 2026-cı ildən 11 iyul 2027-ci ilə qədər Britaniya Muzeyində ziyarətçilərə açıq olacaq.

Sərginin sentyabr-dekabr ayları üçün nəzərdə tutulan biletləri artıq tamamilə satılıb.

Fransa Prezidenti Emmanuel Makronun da sərginin açılışında iştirakı gözlənilir.

Qeyd edək ki, iki ölkə arasında mədəni əməkdaşlığın simvolu olaraq, Britaniya Muzeyi də öz növbəsində "Sutton Hoo" xəzinələrini və tarixi "Lyuis" şahmat fiqurlarını müvəqqəti olaraq Fransaya göndərəcək.

# 951 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər