"Balaca şahzadə"nin müəllifini kim öldürmüşdü? - Məşhur yazıçı haqqında bilmədiklərimiz

"Balaca şahzadə"nin müəllifini kim öldürmüşdü? - Məşhur yazıçı haqqında bilmədiklərimiz
29 iyun 2025
# 12:00

Bu gün dünyaca məşhur "Balaca şahzadə" əsərinin müəllifi Antuan de Sent-Ekzüperinin doğum günüdür.

Kulis.az Ülviyyə Heydərovanın onun haqqında yazısını təqdim edir.

Antuan de Sent-Ekzüperi — məşhur fransız yazıçısı.

1900-cu ildə Fransanın Leon şəhərində anadan olub.

Onu ədəbiyyata bir növ, anasından eşitdiyi nağıllar gətirib.

Amma yazıçı ömrünün çox hissəsini yazı masası arxasında deyil, səmada keçirib.

Belə ki, Ekzüperi dövrünün məşhur pilotlarından biri olub.

1923-cü ildəki aviaqəzada kəllə-beyin travması alır və bir müddət peşəsindən uzaq düşür. Ədəbiyyatda uğur qazana bilmədiyinə görə müxtəlif işlərlə məşğul olur: maşın alveri, kitab mağazasında satıcı...

II Dünya müharibəsi vaxtı hərbi pilot kimi müxtəlif əməliyyatlarda iştirak edir və hətta “Hərbi xaç” mükafatına layiq görülür.

Lakin Fransanın məğlubiyyətindən sonra Nyu-Yorka köçür.

Orada məşhur "Balaca şəhzadə" əsərini yazır.

Lakin Fransanın işğalı onu çox narahat edirdi.


Odur ki, 1943-cü ildə o, “Döyüşən Fransa” hərəkatına qoşulur, 31 iyul 1944-cü ildə təyyarəçi-kəşfiyyatçı Hərbi Hava Qüvvələri komandanlığından tapşırıq alır: faşistlərin işğal etdiyi ərazilərdə kəşfiyyat xarakterli uçuş.

O, 8:45-də uçur və bir daha geri qayıtmır.

Ekzüperinin hansı şəraitdə həlak olması ilə bağlı axtarışlar uzun müddət bir nəticə vermədi. Lakin 54 il sonra, 1998-ci ildə …

1998-ci ildə “Horizonta” adlı gəminin balıq toruna gümüş qolbaq ilişir.
Qolbağın üzərində“Antoine de Sant-Exupery" – yazılmışdı.

Bu xəbər beynəlxalq aləmdə əks-səda verir. Mütəxəssislər qolbağın həqiqətən də, Sent-Ekzüperiyə aid olmasını təsdiq edirlər. Fransa hökuməti işə qarışır, fəqət axtarışlar nəticə vermir.

Nəhayət, 2000-ci ilin may ayında dalğıc Luk Banrel 70 metr dərinlikdə təyyarə qalıqlarına rast gəlir.

Bu barədə dərhal Fransa hökumətinə xəbər verilir, ancaq axtarışlara 2003-cü ildə başlanılır.

Budur, 2737-L nömrəli təyyarənin kabinəsi… Ekzüperinin təyyarəsi…


Təyyarənin digər qalıqları da tapılır, fəqət məlum olur ki, hissələrin heç birində mərmi izləri yoxdur, üstəlik, düşmən hərbi təyyarələrinin vurulmasını qeydə alan və bu barədə şəxsən Hitlerə məlumat verilməsi üçün nəzərdə tutulan gizli jurnalda da Ekzüperinin təyyarəsi haqqında məlumat yoxdur.

Ekspertlər təyyarənin texniki nasazlıq və ya Ekzüperinin özünə qəsd etməsi nəticəsində qəzaya uğradığı ehtimalını irəli sürürlər, ancaq
2008-ci ildə 88 yaşlı təyyarəçi Horst Rippert bir etiraf edir: “Ekzüperinin təyyarəsini mən vurmuşam…”

Veteran təyyarəçinin etirafı sübuta yetirilmədiyindən Ekzüperinin hansı şəraitdə qəzaya uğraması hələ də məlum deyil.

# 2183 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər