Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar

Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
30 may 2024
# 16:00

Bakıda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının xanımı Leyla Bağçının dəvəti ilə Ebru sənətinə həsr olunan tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və səfirlərin xanımları iştirak ediblər.

Tədbirin açılışında Leyla Bağçı bildirib ki, Ebru Şərq ölkələrinə xas dekorativ sənətdir. Qərbdə bu sənətə “türk kağızı” da deyirlər. Xüsusi materiallarla hazırlanan ebru sənətinin bir çox növləri var. 2014-cü il noyabrın 27-də Ebru sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini qeyd edən Leyla Bağçı 9-10-cu əsrlərdə yaranan bu sənətin ən qədim nümunəsinin 16-cı əsrə aid olduğunu bildirib. Osmanlı dövründə xüsusi sənət sayılan Ebru 20-ci əsrin əvvəllərində unudulmaq üzrə olsa da, türkiyəli sənətçi Nəcməddin Okyay ona yeni nəfəs verib.

Bakı Yunus Əmrə İnstitutunun müəllimi Zərifə Əlixanova Ebru sənətinin incəliklərini qonaqlara nümayiş etdirib. Bildirib ki, su üzərində rəsm çəkmə sənəti olan Ebru incəsənətin maraqlı növlərindəndir. Müasir dövrümüzdə Ebru sənətinin vətəni kimi Türkiyə qəbul olunub. Ebru bu ölkədə daha geniş yayılıb və inkişaf edib.

Ebruda bütün əməliyyatlar qatılaşdırılmış su üzərində aparılır. Əvvəlcə fırça vasitəsilə qatılaşdırılmış suyun üzərinə kiçik damcılarla boya tökülür. Sonra suyun üzərindəki damcılar xüsusi alətlərin köməyi ilə müxtəlif naxışlara, təsvirlərə çevrilir.

Naxışlarına görə ebru növləri çoxdur.

Daha sonra Leyla Bağçı və qonaqlar Ebru rəsmi yaradıblar.

Sonda qonaqlara Türkiyə mətbəxinin ləziz yeməkləri təqdim olunub.

# 1905 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər