Bakıda Özbəkistan yeməkləri festivalı keçirilir - Foto

Bakıda Özbəkistan yeməkləri festivalı keçirilir - Foto
18 noyabr 2023
# 14:50

Bakıda Özbəkistan yeməkləri festivalı keçirilir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilən "Özbəkistan qida həftəsi" (Uzbekistan Food Week) adlı tədbirin final mərhələsinin açılış mərasimi keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən səfirliyin birinci katibi Bəhram Qaipov qardaş Azərbaycan və Özbəkistan xalqları arasında dostluğun daha da möhkəmləndirilməsi üçün mədəni tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan və Özbəkistan dövlət himnləri səsləndirilib.

Diplomat onu da qeyd edib ki, bu gün Özbəkistanda Dövlət Bayrağı Günü qeyd olunur və şübhəsiz ki, bu əlamətdar gün münasibətilə Bakıda da növbəti tədbirin təşkil edilməsi iki qardaş xalqın bir-birinə diqqətinin, sevgisinin təzahürüdür.

Tədbir çərçivəsində festival finalçılarının təqdim etdiyi özbək milli yeməkləri, şirniyyatları və digər təamlar təqdim olunub.

Turizm və Milli Mətbəxin İnkişafı İctimai Birliyinin həmtəsisçisi və sədri Fəxrəndə Həsənzadə tədbir barədə danışıb. O, tədbirin təşəbbüskarı olduğunu diqqətə çatdırıb və əlavə edib ki, festivalın keçirilməsi ənənə halını alıb.

# 2655 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər