Bakı Musiqi Akademiyasında “Kənd namusu”

Bakı Musiqi Akademiyasında “Kənd namusu”
24 oktyabr 2025
# 10:15

Bakı Musiqi Akademiyasının Opera Studiyasında italyan bəstəkarı Pyetro Maskanyinin “Kənd namusu” ("Cavalleria rusticana" ) məşhur birpərdəli operası nümayiş olunub.

Kulis.az xəbər verir ki, tamaşa ilk dəfə 2015-ci ildə alman rejissoru Lüdviq Bauman tərəfindən Bakıda tamaşaya qoyulub və o vaxtdan opera sənətini sevərlər arasında böyük rəğbət qazanıb.

Opera tarixinin ən böyük sensasiyalarından və səhnədə tələb olunan əsərlərdən olan “Kənd namusu” birpərdəli operası 1890-cı ildə Covanni Verqanın eyniadlı novellası əsasında Covanni Tarconi-Tozzetti və Gvido Menaşinin librettosuna yazılıb. Operanın premyerası həmin il “Teatro dell'Opera di Roma”da baş tutdu və italyan operasında “verizm” (italyan dilində “həqiqət” mənasını verən “vero” sözündən) adlı cərəyanın əsasını qoyub.

Bu istiqamət əsrin sonlarında yox olsa da, onun ideyaları Cakomo Puççini, Françesko Çilea və başqa bəstəkarların operalarında, daha sonra isə İtaliya kinosunda öz əksini tapdı.

Quruluş tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri və dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

# 1510 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər