“Baharın rəngləri” adlı sərgi açıldı

“Baharın rəngləri”  adlı sərgi açıldı
20 aprel 2026
# 17:31

Xətai Sənət Mərkəzində “Baharın rəngləri” adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzi, dəstəkçiləri isə Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Rəssamlar Birliyidir.

Tədbirdə çıxış edən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərginin əhəmiyyəti barədə məlumat verib. “Tədbirin məqsədi “Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!” şüarı altında böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngizliyini göstərmək və onun mühafizəsinə həvəsləndirməkdir. Sərgiyə ölkəmizin müxtəlif guşələrindən 800-dən çox müraciət daxil olmuş, 600-ə yaxın əsər sərgilənmək üçün seçilib. 8–21 yaş arası şəxslər üçün elan olunan sərgi aprelin 21-dək davam edəcək”,- deyə Z.Əvəzov əlavə edib.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov qeyd edib ki, təbiətin qorunması hər bir vətəndaşın əsas vəzifələrindən biridir. Onun sözlərinə görə, ətraf mühitin mühafizəsi yalnız dövlət qurumlarının deyil, cəmiyyətin bütün üzvlərinin birgə məsuliyyəti kimi dəyərləndirilməlidir.

Sonda sərgidə əsərləri nümayiş olunan iştirakçılara sertifikat təqdim olunub.

# 1239 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər