Azərbaycanlı musiqiçi İrlandiyada musiqi məktəbi açdı

Azərbaycanlı musiqiçi İrlandiyada musiqi məktəbi açdı
12 noyabr 2024
# 16:00

Azərbaycanlı musiqiçi Əşrəf Tağıyev və həyat yoldaşı, məşhur saksofon ifaçısı Anna Stepanova İrlandiyada musiqi məktəbi açıblar.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Əşrəf Tağıyev məlumat verib.

O bildirib ki, “Ashraf&Anna” adlı musiqi məktəbində artıq tədris prosesinə start verilib və hazırda 50-dən çox şəxs dərslərdə iştirak edir: “Musiqi məktəbimizin fəaliyyətə başlamasına İrlandiya hökuməti rəsmi icazə verib. Bir ildir müxtəlif mərhələlərdən keçmişik, nəhayət, nail istəyimizə olduq”.

Ə.Tağıyev musiqi məktəbinin tədris planı haqda danışıb: “Əsasən, nəfəsli alətlər tədris olunur. Məqsədimiz odur ki, yaratdığımız məktəbdə musiqinin sirlərini öyrədək. Həyat yoldaşım Anna Stepanova vokal, saksofon və fortepiano sinfində pedaqoji fəaliyyətlə məşğul olacaq. Eyni zamanda, İrlandiya musiqiçiləri öz milli alətlərini, klassik fortepianonu ukraynalı pedaqoq tədris edəcək. İrlandiya xalqın milli musiqiləri arasında rəqslər daha məşhurdur. Ona görə də ritm İrlandiyada çox inkişaf edib və maraqlı ritm alətləri var. Kaxon adlı ritm alətini də irlandiyalı pedaqoq tədris edəcək”.

O Azərbaycanın musiqi aləti olaraq nağaranı şəxsi özü tədris edəcəyini vurğulayıb. Ə.Tağıyev, eyni zamanda, gələcəkdə Azərbaycanın digər milli alətlərinin İrlandiyada yaratdıqları musiqi məktəbində tədris ediləcəyini söyləyib.

“Tədris proqramında Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri də yer alıb”, – deyə o əlavə edib.

Qeyd edək ki, Əşrəf Tağıyev 1977-ci ildə Şirvan şəhərində anadan olub. O professor Nazim Kazımovun direktoru olduğu Əli Bayramlı (indiki Şirvan) musiqi məktəbində musiqi təhsili alıb. Ə.Tağıyevin ali təhsil üzrə ixtisası fərqli olub. On beş ilə yaxın müxtəlif dövlət müəssisələrində əmək fəaliyyəti ilə məşğul olsa da, paralel olaraq, musiqi biliklərini artırıb. 2013-cü ildə Ukraynaya köçdükdən sonra peşəkar musiqi fəaliyyətini bərpa edib. “Qızıl saksofon” adlı dünya səviyyəli müsabiqənin rəhbəri olub. İsveçrəyə köçəndən sonra isə orada musiqi məktəbi yaradıb. Hazırda İrlandiyada yaşayan Ə.Tağıyev həyat yoldaşı tanınmış saksofon ifaçısı Anna Stepanova ilə birlikdə musiqi sahəsi üzrə müxtəlif beynəlxalq səviyyəli layihələr həyata keçirməyi planlayır.

Anna Stepanova isə Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında, Rusiya Musiqi Akademiyasında təhsil alıb. Müxtəlif müsabiqələrin qalibi, beynəlxalq mükafatların laureatıdır.

# 1831 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər