"Azərbaycanfilm": "Anbarda baş vermiş partlayış kinostudiyanın fəaliyyətinə təsir göstərməyib"

"Azərbaycanfilm": "Anbarda baş vermiş partlayış kinostudiyanın fəaliyyətinə təsir göstərməyib"
27 iyun 2025
# 18:19

İyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş verən partlayışda bina zərər görməyib, xəsarət alan yoxdur. Baş verən hadisə ilə bağlı araşdırmalardan sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya kinostudiyadan məlumat verilib.

Bildirilib ki, kinostudiyanın arxa tərəfində yerləşən, uzun müddət istifadə olunmayan anbarda baş verən partlayışla bağlı hadisə yerində Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları işləyir, hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.

Qeyd olunub ki, kinostudiya gündəlik fəaliyyətini davam etdirir. Pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır. Hazırda rejissor Vaqif Mustafayevin "Molla Nəsrəddin-çətin günlərimin dostu" filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur: “Molla Nəsrəddin- çətin günlərimin dostu” filmi ortaq türk mədəniyyətinə xidmət edir. Layihədə 5 türkdilli ölkə (Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan) iştirak edir. Kinostudiyada çəkilişə hazırlıqları gedən növbəti film rejissor Elxan Cəfərovun ekranlaşdırdığı uşaq filmidir. Film Mədəniyyət Nazirliyinin dəstəyilə çəkilir. Hazırda kinostudiyanın otaqlarında filmin kastinqi, kiçik pavliyonda isə dekorasiyaların qurulması həyata keçirilir. Filmin çəkilişlərinə isə avqust ayında start veriləcək. "Azərbaycanfilm" kinostudiyası yerli və xarici istehsalçı şirkətlər üçün əməkdaşlığa açıqdır".

# 1663 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər