Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" Forumu başa çatdı

Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" Forumu başa çatdı
19 dekabr 2023
# 18:20

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" Forumu başa çatıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən ikigünlük forumda tanınmış tarixçi alimlər, arxeoloqlar, rəssamlar, memarlar, heykəltəraşlar, sənətkar və sahə üzrə digər mütəxəssislər həmçinin media mənsubları iştirak edib.

İkigünlük forum çərçivəsində ümumiliklə 6 panel müzakirə keçirilib.

Müzakirələr zamanı mədəni irsin mühafizəsi, onun tarixi-mədəni əhəmiyyəti məsələləri, həmçinin irs nümunələrinin ölkə xaricinə çıxarılması, idxalı, işğaldan azad olunmuş ərazilərdəki mədəni irsin qorunması və bərpası istiqamətindəki fəaliyyət və digər bu kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Panel müzakirələrdən sonra hər biri üçün ayrı sual-cavav sessiyası təşkil edilib.

Xatırladaq ki, bundan öncə ölkəmizdə ilk dəfə teatr, kino, Azərbaycan dili və ədəbiyyatı, musiqi, həmçinin mədəniyyət və yaradıcı sənayelər mövzusunda da forumlar keçirilib.

# 1831 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər