“Azərbaycan kinooperatorları” kitabı nəşr olundu

“Azərbaycan kinooperatorları”  kitabı nəşr olundu
1 iyul 2025
# 09:18

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Azərbaycan kinooperatorları” kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, Əməkdar incəsənət xadimi Rafael Qəmbərovun yazdığı kitabda kinooperatorların dünyanı necə fəth etməsi, peşə zövqünün çalarları, rejissor işi, operator işi, yazıçı təxəyyülü və hər üçünün birgə əməkdaşlığından, Əlisəttar Atakişiyev, Teyyub Axundov, Xan Babayev və digər kinooperatorların dəst-xətindən bəhs edilib.

Dərs vəsaiti üçün nəzərdə tutulmuş kitabın çap olunmasının əsas məqsədi, ustad kinematoqrafçıların kinoda qazanıb miras qoyduqları təcrübədən yararlanmaq və eyni zamanda, görkəmli kinooperatorların, rejissorların, rəssamların, aktyorların və bəstəkarların özünəməxsus kino dəst-xətini öyrənməkdən ibarətdir. Kitabda ümumi məlumatlarla yanaşı, kino təsvirinin tədqiqatına da geniş yer ayrılıb.

“Azərbaycan kinooperatorları” monoqrafiyası 16 bədii, 30-dan çox sənədli filmlər çəkmiş, yüksək kateqoriyalı kinooperator Rafael Qəmbərov tərəfindən, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Operator fakültəsinin IV kurs tələbələri tərəfindən tərtib olunub.

Kitabın müəllifi və tərtib edəni Rafael Qəmbərov, redaktoru Əməkdar incəsənət xadimi, tənqidçi İntiqam Qasımzadə, rəyçilər – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Mehdiyev, Əməkdar incəsənət xadimi, operator Rafiq Quliyevdir. Kitabda peşəkar mütəxəssislərlə yanaşı, gənc kinematoqrafçılar – Məmməd Əmin Əlizadə, Sadiq Əliverdibəyli, Babək Abbaszadə, Samir Əliyev, İsmayıl Cəfərov və Adil Məmmədovun da məqalələri yer alıb.

Kitab Azərbaycanın görkəmli kinematoqrafçılarının xatirəsinə həsr olunub.

# 2537 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər