Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası

Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası
5 avqust 2026
# 16:00

Azərbaycan fotoqrafiyasının 165 illiyi münasibətilə “Gilavar Foto Klubu” İctimai Birliyinin təşəbbüsü ilə xüsusi poçt markası hazırlanıb.

İctimai Birlikdən kulis.az-abildirilib ki, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC tərəfindən hazırlanan markanın tərtibatında ölkəmizdə çəkilmiş ilk məlum fotoşəkillərdən istifadə olunub.

Bu poçt markası Azərbaycan fotoqrafiyasının başlanğıcını əks etdirən tarixi görüntülərin filateliya vasitəsilə əbədiləşdirilməsinə xidmət edir. Bununla da Azərbaycan foto sənətinin formalaşmasının ən qiymətli vizual nümunələrindən biri ilk dəfə poçt markasında əks olunub. Marka ölkəmizdə foto sənətinin keçdiyi inkişaf yoluna verilən dəyərin ifadəsi olmaqla yanaşı, bu zəngin irsin filateliya vasitəsilə beynəlxalq ictimaiyyətə tanıdılmasına da mühüm töhfə verəcək.

Sözügedən poçt markası Belçika Poçtu tərəfindən 4,000 nüsxə tirajla blok şəklində çap olunub.

Qeyd edək ki, Azərbaycanda foto sənətinin əsası 1861-ci ildə Bakı buxtasının dənizdən panoramik görüntülərinin çəkilməsi ilə qoyulub. Həmin görüntülər Azərbaycan ərazisində çəkilmiş ilk məlum fotoşəkillər hesab olunur və milli fotoqrafiyamızın başlanğıcını simvolizə edir.

# 744 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər