Azərbaycan filmi Zakura festivalında xüsusi mükafata layiq görüldü

Azərbaycan filmi Zakura festivalında xüsusi mükafata layiq görüldü
16 dekabr 2024
# 09:39

Mərakeşin Zakura şəhərində keçirilən 18-ci Beynəlxalq Transsəhra Kinofestivalı yekunlaşıb. Festival çərçivəsində təşkil olunan müsabiqələr üzrə qaliblər elan olunub.

Kulis.az xəbər verir ki, qazaxıstanlı rejissor Dinyar Salamatın “Talaq” filmi tammetrajlı film kateqoriyasında qalib elan olunub. Azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi isə eyni kateqoriyada xüsusi mükafata layiq görülüb. Bundan başqa, Qurban İsmayılov bu filmdəki roluna görə ən yaxşı aktyor nominasiyasında mükafat alıb.

Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

Film, Tallin “Black Nights” film festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və mükafatlara layiq görülüb.

Filmdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natəvan Abbaslı ifa edirlər.

Festivalın fəxri qonağı Rusiya olub.

# 2485 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər