Avropa kitabxanalarından rus klassiklərinin nadir nəşrləri oğurlandı

Avropa kitabxanalarından rus klassiklərinin nadir nəşrləri oğurlandı
8 oktyabr 2025
# 18:10

Avropa kitabxanalarından rus klassiklərinin nadir nəşrləri oğurlanıb.

Kulis.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, 2022–2023-cü illər ərzində Avropanın müxtəlif kitabxanalarından rus ədəbiyyatının klassiklərinə aid ümumilikdə təxminən 170 ədəd nadir nəşr oğurlanıb və ümumi maddi zərər 2,5 milyon funt sterlinqdən çoxdur.

İstintaqın ilkin nəticələrinə əsasən, oğrular xüsusi sxem üzrə hərəkət ediblər: saxta ad və sənədlərlə kitabxanalara müraciət edib, yalnız bağlanmış fondlarda saxlanılan dəyərli kitabları sifariş veriblər.

Bəzi hallarda isə orijinal nəşrləri saxta nüsxələrlə əvəzləyiblər.

2023-cü ilin oktyabrında gənc bir cütlük Varşava Universitet Kitabxanasında XIX əsrə aid səkkiz nadir kitab sifariş edib. Onların kitabxananı tərk etməsindən sonra məlum olub ki, beş dəyərli nəşr yoxa çıxıb.

Sonrakı yoxlamalar nəticəsində bu kitabxanadan ümumilikdə 74 ədəd rus klassiklərinə aid kitabın oğurlandığı müəyyən edilib. Onların arasında Puşkin və Qoqol kimi məşhur yazıçıların əsərləri də olub.

Köhnə və dəyərli nəşrlərin qorunması məqsədilə onlara maqnit etiketləri yerləşdirilmədiyindən oğurluqlar uzun müddət aşkar olunmayıb.

Qeyd edək ki, məlumata görə, oğurlanan kitabların bir qismi beynəlxalq hərraclar vasitəsilə satışa çıxarılmış ola bilər.

# 1242 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər