"Avatar"ın yaradıcısı oğurluqda ittiham olunur

"Avatar"ın yaradıcısı oğurluqda ittiham olunur
6 may 2026
# 10:27

Amerikalı aktrisa K'Orianka Kilçer "Avatar" franşizasının yaradıcısı Ceyms Kemeronu onun xarici görünüşünü oğurlamaqda ittiham edib.

Kulis.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Məlumata görə, Kilçer kimliyinin icazəsiz mənimsənilməsi səbəbindən Ceyms Kemeron və "Disney" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Aktrisanın sözlərinə görə, onun yeniyetməlik dövründəki üz cizgiləri franşizanın baş qəhrəmanı Neytiri üçün prototip rolunu oynayıb.

"İlk ilham mənbəyi" və gizli etiraf

İddia ərizəsində qeyd olunduğu kimi hələ 2010-cu ildə xeyriyyə tədbirlərinin birində Kemeron aktrisaya Neytiri obrazı üçün "ilk ilham mənbəyi" olduğunu deyibmiş. Kilçer o zaman bunun onun əsl üzünün kopyalanmasına bir işarə olduğunu anlamadığını bildirib.

Sənətçi həmçinin rejissorun 2024-cü ildə Fransa nəşrinə verdiyi müsahibəyə də istinad edib. Həmin müsahibədə Kemeron aktrisanın adını çəkərək Neytirinin "üzünün aşağı hissəsinin" məhz ona aid olduğunu etiraf edib.

"Kimliyimiz artıq təhlükəsizlikdə deyil..."

Məsələnin qlobal miqyasda ciddiliyini vurğulayan aktrisa qorxularını bu cür ifadə edib:

"Süni intellekt dövründə şəxsiyyətimiz və kimliyimiz artıq təhlükəsizlikdə deyil. Başıma gələnlər fərdi xarakter daşısa da, bu, eyni zamanda çox ciddi bir xəbərdarlıqdır. Əgər biz indi tədbir görməsək, gələcəkdə bu cür mənimsəmə halları sadəcə normaya çevriləcək".

# 819 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər