“Aranda Kino Günləri” layihəsinin birinci mərhələsi başa çatıb

“Aranda Kino Günləri” layihəsinin birinci mərhələsi başa çatıb
5 may 2025
# 17:40

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) artıq iki ildən çoxdur ki, keçirilən “Bölgələrdə Kino Günləri” layihəsi Aran bölgəsində davam etdirilib.

Kulis.az xəbər verir ki, “Aranda Kino Günləri” başlığı altında keçirilən birinci mərhələdə Yevlax, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarında rejissor Mirsadıq Ağazadənin “Eviniz abad”, Aydın Aslanın “Aktyor”, Qulu Əsgərovun “Mən burdayam, İlahi!”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” tammetrajlı bədii filmləri, Qulu Əsgərovun “Hasar”, Ruslan Ağazadənin “Balaca”, Orxan Ağazadənin “Oturacaqlar”, Teymur Qəmbərovun “Quxuroba” qısametrajlı bədii filmləri və Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu” sənədli filmləri tamaşaçılara təqdim olunub.

Nümayişlər Yevlax Şəhər Yaradıcılıq Evi, Ağdaş, Ucar, Zərdab, Göyçay rayonlarının Heydər Əliyev mərkəzlərində baş tutub. “Eviniz abad” filminin Göyçaydakı nümayişində rejissor Mirsadıq Ağazadə də iştirak edib və tamaşaçıların suallarını cavablandırıb.

“Aranda Kino Günləri” layihəsi təkcə rayon mərkəzlərini deyil, kəndləri də əhatə edib. AKİ bu dəfə proqrama Şamil Nəcəfzadənin “İthaf”, Elçin Hami Axundovun “Güzgü”, Vahid Talıbovun “Lağım” və “Arzular…arzular” animasiya filmlərini də daxil edib.

Qeyd edək ki, “Aranda Kino Günləri”nin ikinci mərhələsi Mingəçevir şəhərində planlaşdırılır.

# 1617 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər