Anna Netrebko Ukraynadakı müharibəni tənqid etdi

Anna Netrebko, Xalq artisti

Anna Netrebko, Xalq artisti

31 mart 2022
# 10:30

Rusiyanın Xalq artisti Anna Netrebko sanksiyalara məruz qaldıqdan və karyerasında məcburi fasilənin yaranmasından sonra Ukraynada aparılan hərbi əməliyyatları tənqid edib.

Kulis.az xəbər verir ki, bu barədə sənətçi öz feysbuk hesabında yazıb.

"Ukraynadakı hərbi əməliyyatları qınayıram. Ağlım bu müharibənin qurbanları və ailələri ilədir. Mövqeyim aydındır. Heç bir siyasi partiyanın üzvü və heç bir Rusiya liderinin müttəfiqi deyiləm. Keçmiş hərəkətlərimin və ya ifadələrimin səhv şərh olunduğunu etiraf edirəm, buna təəssüflənirəm" deyə, opera ifaçısı vurğulayıb.

O, Rusiya hökumətindən maliyyə yardımı almadığını və yalnız bir neçə dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyünü bildirib:

"Əslində, prezident Putinlə həyatımda yalnız bir neçə dəfə, musiqi fəaliyyətimə görə mükafatlar alarkən və ya Olimpiadanın açılış mərasimində görüşmüşəm. Heç vaxt Rusiya hökumətindən maliyyə dəstəyi almamışam. Avstriyada yaşayıram və vergi rezidentiyəm.

Vətənim Rusiyanı sevirəm və yalnız sənətimlə sülh, birlik axtarıram. Elan edilmiş fasilədən sonra mayın sonunda ilk olaraq Avropada çıxışlarımı davam etdirəcəyəm".

Qeyd edək ki, A.Netrebko Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır. O, uzun müddət Ukraynadakı vəziyyətlə bağlı şərh vermədiyinə görə, çalışdığı bir çox məşhur teatrla yollarını ayırmalı olmuşdu.

# 3289 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər