Aleksandr Puşkinin poemalarının ilk toplusu auksiona çıxarıldı

Aleksandr Puşkinin poemalarının ilk toplusu auksiona çıxarıldı
25 iyul 2023
# 10:17

İyulun 27-də “Litfond” Auksion Evi ədəbi nadir əsərlərin satışını keçirəcək.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, burada əsas lotlardan biri Aleksandr Puşkinin həyatda olduğu dövrə aid ən nadir nəşrlərdən biri olan iki hissədə “Aleksandr Puşkinin poemaları və povestləri”dir.

Hər iki hissə 1835-ci ildə, birincisi – aprel ayında, ikincisi isə avqustda işıq üzü görüb. Tirajı 1200 nüsxə təşkil edib, hər iki cild 20 rubla satılıb. Kitaba tanınmış oymaçı Nikolay Utkin tərəfindən hazırlanmış Puşkinin həkk olunmuş portreti əlavə olunub. 1828-ci ildə “Ruslan və Lyudmila”nın ikinci nəşrini buraxarkən naşir Smirdin təkrar olaraq ona müraciət edib. Portret ayrıca olaraq 2 rubla satılıb. Tənqidçi Smirnov-Sokolskiyə görə “Poemalar və povestlər”in portretlə olan nüsxələrinin əldə edilməsi tamamilə mümkünsüzdür.

Bu iki cildə daxil olan demək olar ki, bütün əsərlər əvvəllər ayrıca kitab şəklində nəşr olunub: “Ruslan və Lyudmila”, “Qafqaz əsiri”, “Baxçasaray fəvvarəsi”, “Quldur qardaşlar”, “Qaraçılar”, “Qraf Nulin” və “Poltava”. Yalnız “Kolomnadakı ev” (1830-cu ilin oktyabr ayında başa çatdırılıb) və “Ancelo” (1833-cü il) ayrıca nəşr olunmayıb, baxmayaraq ki, 1833-cü və 1834-cü illərdə Smirdinin “Novoselye” almanaxlarında dərc olunub. Lakin nəşrin yenilikləri ehtiva etməməsi faktı onun populyarlığına təsir göstərməyib, əksinə: oxucu üçün hər bir əsəri ayrıca almaqdansa, “Poemalar və povestlər”i əldə etmək daha sərfəli idi, çünki əsərləri ayrıca almaq daha baha başa gəlirdi.

# 1890 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər