Zahid Sarıtorpaqın romanı gürcü dilində

Zahid Sarıtorpaqın romanı gürcü dilində
12 iyun 2020
# 13:29

Gürcüstanın populyar “1 TV. Eleqtroliti” elektron ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycan yazıçısı Zahid Sarıtorpağın gürcü dilinə tərcümə olunmuş “Kül” romanının yayımına başlayıb.

Bu barədə Dövlət Tərcümə Mərkəzindən bildirilib.

Qeyd edək ki, Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin aylıq elektron portalı olan “1 TV. Eleqtroliti” 2017-ci ildən fəaliyyət göstərir. Portal əsasən bədii ədəbiyyatın (nəsr, şeir, dramaturgiya), eləcə də tənqidi və publisistik materialların yayımına üstünlük verir. Gürcüstan oxucuları Ömər Xəyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rudolf Lapert, Leo Pere, Con Çiver, En Enrayit, Herta Myuler, Hans Maqnus Enserberqer, Olqa Tokarçuk, Jorj Brasens, Esme Varnq, Peter Handke, Lusi Fleçer, Lores Ferlinget, Jak Brel, Lev Rubinşteyn, Con Maksvel Kutzee, Norbert Humelt, Syuzen Zontaq, Frans Holler kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə bu portalda tanış olurlar.

Portalın baş redaktoru tanınmış Gürcüstan yazıçısı Şadiman Şamanadzedir./azertag.az/

# 4128 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər