Yazarlarımızın Qarabağ hekayələri Ukraynada

Yazarlarımızın Qarabağ hekayələri Ukraynada
29 yanvar 2021
# 17:59

Ukrayanada, Dmitro Buraqo Nəşriyyat Evində Qarabağ mövzusuna həsr edilmiş roman, povest və hekayələrin toplandığı "Bayraqdar" antologiyası nəşr edilib.

APA-nın məlumatına görə, antologiyada Elçinin, Məmməd Orucun, Azər Abdullanın, Elçin Hüseynbəylinin, Günel Anarqızının, Vaqif Sultanlının, Kamran Nəzirlinin, Samirə Əşrəfin və Mirmehdi Ağaoğlunun əsərləri toplanıb.

Antologiyaya ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq yazıçısı Elmira Axundova geniş və məzmunlu "ön söz" yazıb. Nəşrə Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov dəstək göstərib. Antologiyanın tərtibçilərindən biri Səlim Babullaoğludur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qələbə müjdəli sözləri ilə başlayan “ön söz” yazısını Xalq yazıçısı, ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bu sözlərlə bitirir: “... Qarşımızda Qarabağ savaşından bəhs edən əsərlərin toplandığı kitab var. Daha doğrusu, müharibənin yandırdığı talelərdən, bu savaşda hər şeyini, doğma torpağını, doğma ocağını, yaxınlarını itirən insanlardan bəhs edən kitab. Amma bu adamlar əsas şeyləri qoruyub saxlamışdılar-insan ləyaqətini. Doğma torpağa olan qarşısıalınmaz sevgilərini. Bu sevgi isə, Vətən müharibəsinin 2020-ci ildəki 44 günü sübut elədi ki, möcüzələr yaratmağa qadirdir. Hesab edirəm ki, bu mütaliə heç də asan olmayacaq. Amma asan olmasa belə olduqca vacib, öyrədici olacaq...”

İlk növbədə səfir Elmira Axundovaya bu vacib təşəbbüsə və gözəl layihəyə görə təşəkkür edən, antologiyanın tərtibçilərindən biri, Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu hesab edir ki, Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin son illərdəki intensiv əməkdaşlığına ciddi töhfə olan bu nəşr sonuncu olmayacaq, Qarabağ mövzusunda ədəbiyyat müstəvisində Ukraynada daha başqa işlər görüləcək.

Qeyd edək ki, "Bayraqdar" Xalq yazıçısı Elçinin məlum mövzuya həsr olunmuş povestinin adıdır.

# 3576 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər