Xor əsərləri haqqında monoqrafiya çap olundu

Xor əsərləri haqqında monoqrafiya çap olundu
29 dekabr 2020
# 14:01

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Xarici tələbələrlə iş üzrə şöbə müdiri Vüqar Hümbətovun “Azərbaycan bəstəkarlarının yaradıcılığında tarixi mövzulu xor əsərləri (1990-2000-ci illər)” adlı monoqrafiyası çapdan çıxıb.

BMA-dan Kulis.az-a bildirilib ki, monoqrafiyada Azərbaycan bəstəkarlarının konkret tarixi dövrdə baş vermiş hadisələrə - Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə, 20 Yanvar hadisələrinə, Xocalı faciəsinə, Qarabağın işğalına, həmçinin ümummilli lider Heydər Əliyevə və Vətən uğrunda şəhid olmuş qəhrəman oğullara həsr olunan əsərlər tədqiqata cəlb olunub.

Tədqiqatda müəllif bir neçə nəsil Azərbaycan bəstəkarlarının, o cümlədən Ramiz Mustafayev, Oqtay Rəcəbov, Elnarə Dadaşova, Yaşar İmanov, Sərdar Fərəcov, Cəlal Abbasov, Rəna Qədimova, Leonid Vaynşteyn, Aydın Ağasıyev, Fuad Cavadov və başqalarının əsərlərinə müraciət edib, onların təhlilinə monoqrafiyanın müvafiq bölmələrində yer verib.

Kitabın elmi redaktoru Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, rəyçiləri Xalq artisti, professor Cavanşir Cəfərov, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova, Əməkdar incəsənət xadimi Dilarə Əliyevadır.

Monoqrafiya Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub.

# 2798 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər